21.11.2016

Məktəbə hazırlıq qrup müəllimləri bilik və bacarıqlarının artırılması məqsədiylə imtahan verib

    Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun Gəncədə təşkil etdiyi imtahanda Gəncə şəhər ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı Göygöl, Goranboy, Samux və Naftalan şəhərindən ümumilikdə  220 müəllim iştirak edib. İmtahan 8 otaqda təşkil edilib və 25 sual təqdim olunub. Suallara 50 dəqiqə vaxt verilib. Sentyabrda Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutu tərəfindən məktəbə hazırlıq qrup müəllimlərinə 5 yaşlı uşaqlara keçiriləcək dərslərlə bağlı təlimlər keçilib. İmtahan isə həmin təlimlərdə iştirak edən müəllimlərin verilən bilgiləri necə mənimsəməsi məqsədi daşıyıb. Nəticələr isə 10 gün ərzində məlum olacaq.

    İmtahanın nəticələrinə uyğun olaraq ballar toplanacaq, həmin ballar sertifikatda öz əksini göstərəcək.


Açar sözlər: ,