11.09.2018

Gəncə şəhəri ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin sentyabr konfransı keçirilmişdir

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkili Pərvin Kərimzadə, şəhərin ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, təhsildə nailiyyətlər əldə etmiş müəllimlər və KİV nümayəndələrinin  iştirakı ilə Gəncə şəhəri ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin sentyabr konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, hörmət və ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyublar.
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    2017-2018-ci tədris ilində şəhər təhsilində qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub.


Açar sözlər: