13.11.2018

“Narkomaniya ümumbəşəri bəladır”

Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.

Maarifləndirici görüşdə çıxış edənlər, narkotik maddələrin insan həyatına təsirindən geniş bəhs edib, şagirdləri yaxşı təhsil almağa, idmanla məşğul olmağa çağırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,