27.12.2019

"Danışan yol nişanları" adlı tədbir keçirilib

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində "Danışan yol nişanları" adlı tədbir keçirilib.

Tədbirdə Gəncə şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları,Gəncə şəhər Təhsil İdarəsinin nümayəndələri ilə yanaşı Sumqayıt şəhər, Salyan, Bərdə, Mingəçevir, Göygöl, Samux, Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd uşaqların yol hərəkəti qaydalarını öyrənmələri, yol nişanlarını tanımaları, yol hərəkəti təhlükəsizliyinə aid bilik və bacarıqların inkişafını təmin etmək və genişləndirməkdən ibarət olub.

"Danışan yol nişanları" adlı tədbirdə Uşaq-Gənclər inkişaf Mərkəzinin müxtəlif dərnəklərinin üzvləri maarifləndirici səhnəciklərlə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,