22.11.2016

Diaqnostik qiymətləndirmə davam edir

Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabrın 22-də davam etdirilib.

Ətraflı
22.11.2016

Gəncə şəhəri 42 №-li tam orta məktəbdə "Kimyəvi tarazlığa təsir edən amillər " mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsin məqsədi şagirlərdə kimyəvi tarazlığa dair bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Ətraflı
21.11.2016

"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin I Respublika Ekoloji Müsabiqəsinin final mərhələsində qalib olan Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdləri

“Gəncə şəhər ümümtəhsil məktəblərin şagirdiləri 2 nominasiya üzrə 4 nəfər Tərəvəzşilik, “Gülçülük” üzrə iştirak etdilər. Sərgidə nümayiş olunan ekoloji təmiz məhsullarına baxış keçrildi və münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Ətraflı
21.11.2016

"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin I Respublika Ekoloji Müsabiqəsinin final mərhələsi 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ekspert dəstəyi ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda 17-18 noyabr 2016-cı il tarixlərində “Bakı Biznes Mərkəzində” yekun müsabiqəsi keçirildi.

Ətraflı
21.11.2016

Uşaq hüquqları günü Gəncədə bayram əhvalı yaradı

Uşaq Yaradıcılıq Mərkəzində təşkil edilən konsert belə deməyə əsas verib.

Ətraflı
21.11.2016

Məktəbə hazırlıq qrup müəllimləri bilik və bacarıqlarının artırılması məqsədiylə imtahan verib

Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun Gəncədə təşkil etdiyi imtahanda Gəncə şəhər ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı Göygöl, Goranboy, Samux və Naftalan şəhərindən ümumilikdə  220 müəllim iştirak edib.

Ətraflı
21.11.2016

Gəncədə tur-aksiya iştirakçıları üçün intellektual yarış təşkil edilib

“Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə VI maarifləndirici tur-aksiyasına qoşulan şagirdlər üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkil edilib.

Ətraflı
21.11.2016

Güləş üzrə respublika birinciliyi keçirilib

Xaçmaz Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.

Ətraflı
21.11.2016

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verildi

Noyabrın 21-də Qubada dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib.

Ətraflı
18.11.2016

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə

21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.

Ətraflı
17.11.2016

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr olunan müsabiqə keçirilib

Gəncədə Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr olunan ümumtəhsil məktəbləri arasında incəsənət baxış müsabiqəsi keçirilib. 

Ətraflı
17.11.2016

Məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçiriləcək

Məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçiriləcək.

Ətraflı
17.11.2016

Gəncə və Gürcüstan cüdoçuları arasında yoldaşlıq görüşləri keçirilib

TRİM-in Gəncə filialının yeniyetmə cüdoçuları ilə Gürcüstan idmançıları arasında yoldaşlıq görüşləri keçirilib.12 çəki dərəcəsində 24 cüdoçunun mübarizə apardığı yoldaşlıq görüşlərində 2000-2002-ci il təvəllüdlü idmançılar qüvvəsini sınayıb. Cüdoçulara dəstək olmaq üçün rəsmi hissəyə Rio Paralimpiya oyunlarının qalibi Ramil Qasımov da qatılıb.

Ətraflı
17.11.2016

M.Mehdizadə adına 4 №-li tam orta məktəbdə  "Uşaq hüquqlarının qorunması" gününə həsr olunmuş tədbir kecirilmişdir.

M.Mehdizadə adına 4 №-li tam orta məktəbdə 6-cı sinif şagirdləri  "Uşaq hüquqlarının qorunması" ilə bağlı tədbir kecirilmişlər.

Ətraflı
17.11.2016

Səbailli məktəblilər Gəncəyə yola düşüblər

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblidən ibarət qrup Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüblər.

Ətraflı