14.06.2016

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Ətraflı
13.06.2016

Gəncə məktəbliləri İnformatika Layihə Olimpiadasında qalib oldular

11 iyun 2016-cı il tarixdə Qafqaz Universitetində, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və İstək Liseyinin təşkilatçılığı ilə, Respublika IX İnformatika Layihə Olimpiadası "İdeyalar gerçəkliyə çevrilsin" adlı müsabiqənin təqdimat mərasimi keçirilib.

Ətraflı
09.06.2016

Ümumtəhsil məktəblərində nümunəvi dərslər keçirilir

24 may 2016-cı il tarixdə 25 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Aytən Cumaliyevanın "Şəhidlər və şahidlər" mövzusunda nümunəvi dərsi keçirildi.

Ətraflı
09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
02.06.2016

Xarici dil fənn müəllimləri üçün elmi-praktik konfrans keçirilib

26 may 2016-cı il tarixdə Xarici dil fənn aylığına həsr edilmiş "Xarici dilin tədrisi və tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirildi.

Ətraflı
02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı
01.06.2016

Uşaq Yaradıcılıq Mərkəzində bayram tədbiri

Uşaq Yaradıcılıq Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  bayram tədbiri keçirilib.

Ətraflı
27.05.2016

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəlilik” mövzusunda məktəblilərin Respublika müsabiqəsi.

27 may.2016-cı il tarixdə Gəncədə Təhsil Nazirliyi yanında Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin respublika müsabiqəsinin zona mərhələsi keçirilib. 

Ətraflı
25.05.2016

Təmayül məktəblərin şəbəkəsi genişləndirilib

2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və  36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Ətraflı
23.05.2016

Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
20.05.2016

Təhsil naziri Kolumbiya Respublikasının müvəqqəti işlər vəkilini qəbul edib

Mayın 20-də təhsil naziri Mikayıl Cabbarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Marta Qalinda Penyanı qəbul edib.

Ətraflı
20.05.2016

Yeni layihə təqdim olunub

Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində  “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib.

Ətraflı
20.05.2016

Respublika şahmat turnirinin zona yarışları

Ümumi təhsil məktəblərinin komandaları arasında Respublika şahmat turnirinin zona yarışlarına start verilib.

Ətraflı
19.05.2016

Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə ikigünlük işçi səfərdə olan Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin, eləcə də Təhsil və Elm Nazirliyinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Ətraflı
17.05.2016

Gəncə şəhəri əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün 45 saylı xüsusi məktəbin aktivləşdirilməsi

Gəncə Avropa Gənclər Paytaxtı 2016 layihəsi çərçivəsində "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyi, Gəncə şəhər Gənclər və İdman Baş və Təhsil idarələrinin təşkilatçılığı və Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi ilə "Gəncə şəhəri əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün 45 saylı xüsusi məktəbin aktivləşdirilməsi" ləyihəsi həyata keçirilmişdir. 

Ətraflı