Zakir Nəsib oğlu Hüseynov

Müdir

 

1955-ci il iyul ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olmuşdur.

1962-1972-ci illərdə Zod kənd məktəbində orta təhsil alıb. Qəbul imtahanlarında yüksək nəticələr göstərərək H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstituna qəbul olunub. İnstitutun riyaziyyat fakultəsini bitirib.

Pedaqoji fəaliyyətə Qərbi Azərbaycanın Basarkeçər rayonunda 1977-ci ildən başlamışdır. Atestasiya komissiyasının qərarı ilə pedaqoji təcrübəsi Azərbaycanda yayılmış, ona baş müəllim adı verilmişdir.

Yüzlərlə digər azərbaycanlı ailələri kimi Zakir Hüseynovun da ailəsi 1988-ci ilin noyabr ayında Dağlıq Qarabağ və onun ətrafında baş verən məlum hadisələrlə bağlı öz ata-baba torpaqlarından qovulmuşlar.

13 yanvar 1989-cu il tarixdən Gəncə şəhər 14 nömrəli tam orta məktəbin rus bölməsində riyaziyyat-informatika müəllimi kimi fəaliyyətini davam etdirmişdir.

1994-cü ildə Respublika Təhsil Nazirliyinin atestasiya komissiyasının qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilmişdir.

06 sentyabr1999-cu il tarixdə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur.

Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 03 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.

2011-ci ildə texnika üzrə fəlsəfə doktoru adını almışdır.

YAP-ın fəal üzvlərindən olan Zakir Hüseynov “Heydər Əliyev və məktəb riyazıyyatı”, “Rabitə nəzəriyyəsi” dərs vəsaitlərinin, 20-dən çox elmi məqalənin müəllifidir.

Evlidir, 3 övladı var.

  Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 02 mart 2012-ci il tarixli Sərəncamı ilə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.