13 may 1920-ci ildə Gəncə Quberniyasında inqilab komitəsi xalq maarifi şöbəsinin tərkibini təsdiq etdi.

03 iyul 1920-ci ildə Gəncə inqilab komitəsinin yaranması məqsədilə bağlı Fövqəladə komissiyanın iclası keçirildi. Nəticədə şöbələr yaradıldı ki, həmin şöbələrdən biri xalq maarifi şöbəsi idi.

Şöbənin funksiyalarına aşağıdakılar daxil idi:

Yeni məktəblərin yaradılması, məktəbəqədər tərbiyə, məktəbdənkənar təhsil, şagirdlərin kitab və müavinətlə təchiz olunmusı, qiraət evinin açılması.

Şöbənin əsas vəzifələrindən biri fəhlə və kəndlilər üçün üç dildə məktəblərin açılması idi.

Xalq maarifi şöbəsinin strukturu aşağıdakılardan ibarət idi: məktəbdənkənar şöbə, müfəttiş, mühasib.

Məktəbdənkənar şöbə kitabxana üçün bina tapmış, məktəb üçün inventor əldə etmiş, uyğun gələn kadrların toplanması ilə məşğul olmuş, kitabxana üçün kitab toplanmışdır.

Məktəbdənkənar şöbədə yerli qəzetin çap olunması üçün redaksiya kollektiv təşkil olunmuş, həmçinin şagirdlər, fəhlələr, qulluqçular və kalxozçular üçün pulsuz tamaşalar göstərilməsinə sərəncam verilmişdir.

Xalq maarifi şöbəsinə rus və Azərbaycan qruppaları, kitabxanalar, xalq evinin simli  və nəfəs alətləri orkestri, kino işçiləri və qulluqçuları tabe idi.

Gəncə inqilab komitəsinin ləğv edilməsi ilə əlaqədar olaraq xalq maarifi şöbəsi 02 may 1921-ci ilə kimi fəaliyyət göstərdi.

1921-ci ilin yazında inqilab komitəsinin yerinə fəhlə kəndi və Qızıl ordu deputatları Soveti yaradıldı.

Gəncə qəza Sovetinin birinci qurultayı 1-3 may 1921-ci il tarixində keçirildi. Həmin qurultayda qəzanın İcraiyyə Komitəsi seçildi. 01 may tarixindən Gəncə “Qəza İcraiyyə Komitəsinin tərkibində şöbələr fəaliyyət göstərməyə başladı ki, həmin şöbələrdən biridə Xalq maarifi şöbəsi idi. Şöbənin tam adı aşağıdakı kimi idi: Gəncə qəza, fəhlə, kəndli və qızıl ordu deputatları Soveti İcraiyyə Komitəsinin xalq maarifi şöbəsi.

Şöbənin funksiyalarına yeni məktəblərin yaradılması və tikilməsi, məktəbdənkənar təhsil, məktəbin otaqlarının təchizatı, kəndlərdə qiraət evlərinin, kitabxanaların, kulubların açılması, kasıbların uşaqlarının məktəbə cəlb olunması, kəndli gənclər üçün məktəblərin yaradılması, fəhlə fakultələrin açılması pioner və komsomol təşkilatlarının yaradılması uşaq evlərinin açılması, özbaşınalıqla mübarizə, musiqi məktəblərinin açılması, pedaqoqların ixtisaslarının artırılması, qaçqınlara yardım göstərilməsi, yataqxanaların, yetimxanaların açılması daxil idi.

Xalq maarifi şöbəsinə qəzanın bütün məktəbləri, ali ibtidai məktəb, uşaq evləri, şəhərin texnikumları, qiraət evləri, fəhlə fakultələri, mühasibat-hesablama kursları, kitabxanalar ixtisas məktəbləri, musiqi məktəbləri, Yelendorf, Ananino və Qrünfeld kolonyalarının alman məktəbləri tabe idi.

1919-cu ilin aprel ayında ləğv olunması və dairələrin yaradılması ilə bağlı sovetlərin ümumazərbaycan qurultayı keçirildi. İyunun 12-də Gəncə qəza sovetinin iclası keçirildi və həmin qurultayda İcraiyyə Komitəsinin yeni tərkibi seçildi. Birinci iclasda dairə İcraiyyə komitəsinin şöbələri yaradıldı ki, həmin şöbələrdən xalq maarifi şöbəsi idi. Şöbənin tam adı aşağıdakı kimi oldu: Gəncə dairə fəhlə, kəndli və qızıl ordu deputatyları Soveti İcraiyyə komitəsinin xalq maarifi şöbəsi. Şöbəyə dairənin məktəbləri, musiqi texnikumu, klublar, kolonyanın alman məktəbləri, kitabxanalar uşaq baxçaları, körpələr evi, pedaqoji texnikum daxil idi.

Gəncə dairəsinin ləğv olunması ilə bağlı şöbə 08 avqust 1930-cu ilə kimi fəaliyyət göstərdi.

25 sentyabr 1930-cu il tarixində Azərbaycan MİK Gəncə şəhər Sovetinin ştat və strukturunun təsdiq etdi. Şəhər Sovetinin şöbələrindən biri fəhlə, kəndli və qızıl ordu deputatları Sovetinin İcraiyyə komitəsinin tabe olan xalq maarifi şöbəsi idi.

Şöbənin funksiyalarına daxil idi: Şəhər məktəblərinin işinin qurulması, uşaqların təhsilə cəlb edilməsi, klubların, kitabxanaların, uşaq bağçalarının körpələr evinin məktəblərin, internatların, uşaq tikililərinin işinə nəzarət, yetim uşaqların paltar və ayaqqabı ilə təmin olunması, yeni məktəblərin, uşaq baxçalarının açılması orta məktəblərdə politexnik təhsil, pedaqoqlara metodiki kömək, pedaqoqların ixtisaslarının artırılması.

1935-ci ildə Gəncə şəhərinin adının dəyişdirilməsi ilə əlaqədar olaraq şöbənin adında dəyişiklik oldu: Kirovabad şəhər fəhlə, kəndli və qızıl ordu deputatları Soveti İcraiyyə Komitəsinin xalq maarifi şöbəsi.

1937-ci ildə fond təşkil edənin tabeçiliyi yenidən dəyişdirilmiş və aşağıdakı kimi olmuşdur: Kirovabad şəhər Zəhmətkeş Deputatları soveti İcraiyyə Komitəsinin xalq maarifi şöbəsi. Bu adla şöbə 1977-ci ilə kimi fəaliyyət göstərirdi. 1977-ci ildə şöbənin tabeçiliyini dəyişdirilməsi ilə əlaqədar olaraq adında yenidən dəyişiklik baş vermişdir: Kirovabad şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xalq maarifi şöbəsi.

Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin 03.11.1980-ci il tarixli 1-19-C №-li məktubuna, Kirovabad şəhər KP MK bürosunun 21.XI.1980-ci il tarixli qətnaməsinə, Azərbaycan SSR ali Soveti Rəyasət Heyətinin “Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında” 07.10.1965-ci il tarixli fərmanına uyğun olaraq Kirovabad şəhərində 21.XI.1980-ci il tarixində iki inzibati rayon yaradılmışdır.

 Gəncə və Kəpəz rayonları. Rayonların strukturunda xalq maarifi şöbəsidə fəaliyyət göstərirdi (Rayon İK deputatları sessiyasının 23 mart 1990-cı il tarixli IV çağırış iclasının qərarına əsasən Gəncə rayonunun adı Nizami ilə əvəz edilmişdir).

1989-cu ildə fond təşkil edənin adında dəyişiklik baş verdi. Kirovabad şəhərinin adının dəyişdirilməsi ilə əlaqədar olaraq şöbənin tam adı aşağıdakı kimi olmuşdur: Gəncə şəhər XDS İcraiyyə komitəsinin xalq maarifi şöbəsi. 1991-ci ildə fond təşkil edənin tabeçiliyində dəyişiklik baş verdi. Azərbaycan Respublikası Prezidentinin 18.XI.1991-ci il tarixli fərmanı ilə şəhər və rayon XDS İcraiyyə komitələrinin fəaliyyəti dayandırılmış, əvəzində İcra Hakimiyyəti yaradılmışdır.

Həmin il (1991) xalq maarifi şöbəsi də ləğv edilmiş və Gəncə şəhər İcra Hakimiyyətinin Təhsil İdarəsi yaradılmışdır.