Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “STEAM Azərbaycan” layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalında iştirak etmiş şagirdlərlə görüşüb

A.Qədiməliyev şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb onlarda İKT üzrə bilik və bacarıqlarının aşkar olunub inkişaf etməsində festivalın əhəmiyyətindən bəhs edib.

 

STEAM Azərbaycan Festivalında M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin "Unimate" komandası I yerə, 26 nömrəli məktəb liseyin "Digibrains" və Gəncə şəhər Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyinin "Robot Reboot" komandası III yerə layiq görülüblər.

 

Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.


Açar sözlər: ,  ,