19.04.2019

Gəncə şəhər 27 nömrəli məktəb liseyin şagirdi Sadiq Səfərov- "İstənilən sahədə inkişaf yalnız təhsildən keçir"

Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb liseyin IX sinif şagirdi Sadiq Səfərov 7 may 2003-cü ildə Gəncə şəhərində dünyaya gəlib.  Robotexnika sahəsində kifayət qədər  uğurlar əldə edən məktəblimiz, bu sahədə yeniliklərə imza atıb. Belə ki, o, “Google Sketch Up qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model” müsabiqəsində bir neçə dəfə iştirak edib və uğurlu nəticələr əldə edib. Eyni zamanda şagirdimiz “Məktəblilərarası I İngilis dili fənn olimpiadası” , “II Robot Olimpiadası”, “İnto Orbit” mövzulu FIRST LEGO League Azərbaycan yerli turniri”, “Preparation for World Robot  Olympiad” kimi yarış və olimpiadalarda iştirak edərək  müvafiq yerlər qazanıb.

-Sadiq əvvəlcə səni tanıyaq, Robotexnikaya maraq səndə necə yaranıb?

-Bu sahəyə məndə maraq keçən tədris ilindən yarandı. Təhsil Nazirliyi tərəfindən məktəblilərarası robot olimpiadası elan olunanda, həmin sahə ilə maraqlandım və olimpiadada iştiak etmək qərarına gəldim. Beləliklə internetdə etdiyim araşdırmalar bu sahəyə olan marağımı xüsusi diqqətə çevirdi. Artıq robotexnika ilə yaxından məşğul olmağa qərar verdim. Bu mövzuda məktəb rəhbərliyi və fənn müəllimlərim də mənə yaxından kömək etdilər. Nəticə etibarilə mən öz robotexnikamı hazırladım. Düzdür bunun üçün çox çalışdım, araşdırılmalı və öyrənilməli kifayət qədər mövzu var idi. Amma mən ruhdan düşmədim.

-Dostların və ya sinif yoldaşların içərisində bu sahəyə maraq göstərən şagirdlər varmı?

-Bəli var, sinif yoldaşlarımdan 2 nəfər mənlə birlikdə robotexnika barədə yeniliklər öyrənir və özlərini inkişaf etdirirlər. Biz birlikdə komanda şəklində FIRST LEGO Leagea Azərbaycan Yerli Turnirində iştirak edərək uğur qazandıq. Ümumiyyətlə istənilən sahədə tək çalışmaq o qədər də effektiv olmur. Mütləq ki, dəstəyə və komanda işinə ehtiyac var.

-Şagird uğur qazanmaq üçün nə etməlidir?

-Hər zaman dərslərini yaxşı çalışmalıdırlar. Birmənalı şəkildə bilmək lazımdır ki, istənilən sahədə inkişaf yalnız təhsildən keçir. Biz təhsilli olaarq özümüzü təkmilləşdirə, gələcəyimizi xəyallarımızdakı kimi qura bilərik. Məlumdur ki hər kəs kiçik yaşlarından müəyyən peşə sahəsinə maraq göstərir və buna uyğun olaraq özünü inkişaf etdirir. İlk öncə, özlərinə inanmalı, qarşılarına məqsəd qoyub ona doğru irəliləməlidirlər. Bu yolda onların müəyyən problemləri, etmək istədiklərini həyata keçirən vaxt qarşılaşdıqları çətinlikləri ola bilər. Ancaq bu onları yollarından çevirməməli, əzmli və mübarizəkar olmalıdırlar.

-Hamının özünə nümunə seçdiyi, olmaq istədiyi bir şəxs olur. Bəs sən bu sahədə uğur əldə etmək üçün kimi özünə nümunə götürdün?

-Mənim üçün nümunə azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadədir. Mən hər zaman onun həyat və yaradıcılığı ilə maraqlanmışam. Təhsilimi Amerika Birləşmiş Ştatlarında davam etdirib, özümü təkmilləşdirib ölkəmizdə İnformasiya Komunikasiya Texnologiyaları sahəsində yeniliklər etmək istəyirəm.

-Səninçün nümunəvi şagird olmaq nə deməkdir?

-Hər ata və ana övladının yaxşı bir şagird olmasını istəyər.  Yaxşı bir şagird olmaq dediyimiz zaman bu fikir şagirdin yalnız dərslərində uğur qazanması yox , eyni zamanda müəllimlərinə və böyüklərinə hörmətlə yanaşması, dostları ilə yaxşı davranan və dərsdənkənar məşğuliyyətlərdə də özünü göstərəbilən sosyal bir şagird olması deməkdir.  Şagird sadəcə məktəbdə yox, hər yerdə hərəkətlərinə diqqət etməli, kömək etməyi sevməli, hamı ilə mehriban davranmalı, öz nümunəsi ilə seçilməlidir. Birmənalı şəkildə bilmək lazımdır ki, istənilən sahədə inkişaf yalnız təhsildən keçir. Biz təhsilli olaraq özümüzü təkmilləşdirə, gələcəyimizi xəyallarımızdakı kimi qura bilərik. Məlumdur ki hər kəs kiçik yaşlarından müəyyən peşə sahəsinə maraq göstərir və buna uyğun olaraq özünü inkişaf etdirir. İlk öncə, özlərinə inanmalı, qarşılarına məqsəd qoyub ona doğru irəliləməlidirlər. Bu yolda onların müəyyən problemləri, etmək istədiklərini həyata keçirən vaxt qarşılaşdıqları çətinlikləri ola bilər. Ancaq bu onları yollarından çevirməməli, əzmli və mübarizəkar olmalıdırlar.


Açar sözlər: ,  ,  ,