Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup təhsil işçisi ilə görüş keçirilib.
Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Vətən uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov təhsil işçilərini 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Elçin Kərimov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib.
İdarə müdiri bildirib ki, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Tədbirin davamında müəllimlər çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.
Tədbir Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin şagirdlərinin göstərdikləri müxtəlif rəqs nümunələri ilə davam edib.
Sonda bir qrup təhsil işçisi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşəkkürnamə ilə təltif olunub.