Təhsil qanunvericiliyindən və digər hüquqi-normativ aktlardan irəli gələn müvafiq vəzifələrin yerinə yetirilməsi; 

 

Hüquqi-normativ sənədlərin, layihələrin hazırlanması və mövcud hüquqi-normativ bazanın təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;

 

Təhsil müəssisələrində  tədris və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin təşkil edilməsi;

 

Ümumi təhsil məktəblərində, lisey və gimnaziyalarda tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili vəziyyətinin öyrənilməsi, təklif və tövsiyələrin verilməsi;

 

Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi prosesinin tənzimlənməsi;

 

Xüsusi təhsil müəssisələrində xüsusi təhsilin təşkili vəziyyətinin öyrənilməsi, şagirdlərin qəbulu prosesinin Psixoloji-tibbi-pedaqoji komissiya (PTPK) tərəfindən tənzimlənməsi, təklif və tövsiyələrin verilməsi;

 

Ümumi təhsil məktəblərində inklüziv təhsilin tətbiq edilməsi işinə köməklik göstərilməsi, şagirdlərin qəbulu prosesinin Psixoloji-tibbi-pedaqoji komissiya (PTPK) tərəfindən tənzimlənməsi və yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi;

 

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsi;

 

Ümumi orta və tam orta təhsil haqqında attestatların qeydiyyatının aparılması, həmin sənədlərin verilməsi;

 

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkil edilməsi və onları təhsil sənədləri ilə təmin edilməsi istiqamətində zəruri təşkilati tədbirlərin görülməsi;

 

Dublikat təhsil sənədlərinin verilməsi və qeydiyyatının aparılmasının təşkil edilməsi;

 

Məktəblilərin  potensial imkanlarının artırılması istiqamətində əhəmiyyətli rol oynayan respublika fənn olimpiadalarının, fənn müsabiqələrinin,  bilik yarışlarının təşkili;

 

Təhsilalanların fərdi xüsusiyyətlərini öyrənməklə risk qrupuna daxil olan və daxilolma ehtimalı müşahidə edilənlərin müəyyənləşdirilməsi, onlarla bağlı pedaqoji-psixoloji-sosioloji aspektdə tədbirlərin aparılması;

 

Xarici ölkələrdə təhsil almış şagirdlərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə məktəblərə qəbulunu və yerdəyişməsini tənzimləmək məqsədilə yaradılmış komissiyanın fəaliyyətinin təşkili;

 

Dövlət qurumları və vətəndaşlardan daxil olan müraciətlərə baxılması, müvafiq araşdırılmaların aparılması və cavablandırılması.