Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi yaradılmışdır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 192 tam, 46 ümumi, 13 ibtidai və 1 xüsusi məktəb fəaliyyət göstərir. Ümumtəhsil müəssisələrində ümumillikdə 91265 şagird təhsil alır. Məktəbəqədər təhsil müəssisələrinə isə 7688 nəfər uşaq cəlb edilib.