Fəaliyyət istiqamətləri
Gəncə-Daşkəsən Regionl Təhsil İdarəsinin kadr siyasəti və strategiyası üzrə öhdəliklərinin həyata keçirilməsi;
Dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin təşkili və təkmilləşdirilməsi, kadr təminatı ilə əlaqədar təhsil, əmək və digər əlaqədar qanunvericiliyin müvafiq müddəalarının həyata keçirilməsi;
Gəncə-Daşkəsən Regionl Təhsil İdarəsinin tabeliyindəki təlim-tərbiyə müəssisələrində kadrlara оlan real tələbatın müəyyənləşdirilməsi, ehtiyacın təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi;
İdarənin struktur bölmələrində, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda kadr işinin aparılmasına metodiki rəhbərliyin həyata keçirilməsi, əmək qanunvericiliyinin yerinə yetirilməsi vəziyyətinə nəzarətin təşkili;
Kadr işinin aparılması ilə əlaqədar vəziyyətin ümumi təhlili, pozitiv nəticələrin müdafiəsi və bu istiqamətdə qabaqcıl iş təcrübəsinin yayılması;
Yerlərdə rəhbər və pedaqoji kadrlarla aparılan işin təkmilləşdirilməsi, onların əməyinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi;
Rəhbər və pedaqoji kadrlar üçün nəzərdə tutulan ixtisasartırma, yenidənhazırlanma və təkmilləşmə tədbirlərinin tənzimlənməsi.