07.02.2025

Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib

2024-2025-ci tədris ilində  keçirilən Respublika Fənn Olimpiadasında yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yerli təhsil sektorları tərəfindən həyata keçirilən görüşlərdə sektor müdirləri, əməkdaşlar, şagirdlərin təhsil aldığı məktəbin direktorları, fənn müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər.  

 

Görüşlər zamanı  Respublika Fənn Olimpiadasının  qalibi olmağın üstünlükləri, faktiki fəaliyyət göstərən Respublika Fənn Olimpiada  hazırlıq mərkəzləri  və gələcəkədə açılacaq RFO hazırlıq mərkəzləri barədə ətraflı məlumat verilib. Görüş iştirakçılarının təklifləri dinlənilib, fənn olimpiadaları barədə müzakirələr həyata keçirilib.

 

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bəzi ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradılıb.

 

Belə ki, Gəncə şəhərində 4, Samux rayonunda 2, Goranboy və Göygöl rayonlarında isə 1 mərkəzdə olmaqla Respublika fənn olimpiadalarının növbəti mərhələsində iştirak edəcək şagirdlər üçün məşğələlər təşkil edilir. Yaradılmış hazırlıq mərkəzlərində dərslər peşəkar müəllimlər tərəfindən tədris olunur. Mərkəzlərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, və tarix olmaqla ümumillikdə 8 fənndən Respublika fənn olimpiadasına hazırlıq dərsləri keçirilir.

 

Dərslər əsasən, şənbə və bazar günləri və ya həftə içi dərsdən sonra təşkil edilir. Sözügedən qruplarda şagirdlərin nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqları da artırılır.

 

Olimpiadaya hazırlıq mərkəzlərində şagirdlərə əlavə olaraq özünə inamı artırmaq və psixoloji dəstək göstərilməsi məqsədilə seminarlar da keçirilir. Məsafə baxımında dərslərə qoşulmaqdan çətinlik çəkən şagirdlər üçün əyani dərslərlə bərabər onlayn dərslər də tədris edilir. Bunun üçün fənn qruplarında müvafiq keçid linkləri paylaşılır.

 

Olimpiadaya hazırlıq mərkəzlərində həyata keçirilən tədris prosesinə qoşulmaq üçün valideynlər 146-0-2 Çağrı Mərkəzi ilə əlaqə saxlaya, və ya Whatsapp" tətbiqetməsi üzərindən 055 661 46 02 mobil nömrəsi ilə yalnız yazılı formada müraciətlərini qeyd edə bilərlər.


Açar sözlər: ,  ,