Gəncə Şəhər Təhsil İdarəsində Azərbaycan Respublikasına xarici ölkələrdən gələn, I-XI siniflərdə oxuduğu iddia edilən, lakin müvafiq təhsil sənədləri olmayan və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda şagirdlərin hazırlıq səviyyələrinin həmin siniflərin təhsil proqramlarına uyğunluğunu müəyyənləşdirmək üçün komissiya müəyyənləşdirib.
Həmin komissiya şagirdlərin hazırlıq səviyyələrinin yoxlanılmasını “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”na uyğun həyata keçirilib.