17.03.2021

Dövlətin milli maraqları daim qorunmalıdır

Müstəqilləşdikdən sonra Azərbaycanı modernləşmək, bazar iqtisadiyyatı, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük müvəffəqiyyətlər qazanmışdır. Azərbaycanın inkişaf meylində milli ideya, vətəndaş cəmiyyətinin siyasi etikası, siyasi və dini dözümlülüyün tərbiyəsi sintez şəklində və vəhdət halındadır və durmadan pozitiv halda inkişaf edir. Müstəqillikdən sonra demokratik dəyərlər, vətəndaş əxlaq normaları, milli dövlət ideologiyası, mənəvi, sosial-mədəni dəyərlər bərqərar oldu və sosial-iqtisadi islahatlar həyata keçirildi.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Cənab İlham Əliyevin prezidentliyi dövründə həqiqətən ölkəmizdə müsbət dəyişikliklər baş verib. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir.

Məlumdur ki, Azərbaycan xalqının özünəməxsus varlığının və milli ruhunun əsrlər boyu mühafizəçisi məhz onun əxlaqı, adət-ənənəsi, dini şüuru və mədəniyyəti olmuşdur. Bu baxımdan, müstəqilliyimizin taleyi də dövlətçiliyin və iqtisadiyyatın möhkəmləndirilməsi, etnik milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsindən çox asılıdır. Güclü iqtisadiyyat dövlətçiliyin möhkəmləndirilməsinə, mədəni-mənəvi həyatın inkişafına təkan verir. Milli ideologiya da milli mənəviyyata arxalanmasa güclü olmaz.

Müasir dövrdə reallaşan taleyüklü problemlər - vətəndaş cəmiyyəti, millət, milli dövlət, milli ideologiya və insan, onların maraqlarının qarşılıqlı əlaqəsi vətəndaş cəmiyyəti, onun milli-dövlət marağı, mentalitet, siyasi-mənəvi tələbatlarla qarşılıqlı əlaqəsi diqqət mərkəzində olan məsələlərdir və bunlar qorunub saxlanmalıdır.

Ölkəmizin milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusunun ifadəsi kimi çıxış edir. Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması,azərbaycançılıq ideyasının təşviqi vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması da bu gün fundamental milli maraqlardan biri kimi çıxış edir. Ölkə cəmiyyətinin bu məsələyə yanaşması yenə ümumi və vahid xarakteri olan cəhətlərə malikdir. Qeyd edilən amil dövlətin xarici və daxili siyasətinin formalaşmasında da nəzərə alınan əsas xüsusiyyətlərdəndir.

Azərbaycan üçün milli maraq səviyyəsinə yüksələn daha bir önəmli məqam təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsindən ibarətdir. Milli maraq daşıyıcısı olan bu məqamların reallaşması istiqamətində görülən işlərin miqyası heç də kiçik deyil. Elə geniş ictimaiyyət də sözügedən məqamların həyata keçirilməsinə imkan daxilində hər cür yardım göstərməyə, öz töhfəsini verməyə hazırdır.

Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas işi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Öz liderinə inanan, güvənən Vətən Müharibəsində zəfər qazanan Azərbaycan xalqı əmindir ki, gənc müstəqil ölkəmiz uğurları nəticəsində yaxın gələcəkdə daha da qüdrətli dövlətə çevriləcək.


Açar sözlər: ,  ,  ,