Şuşa Bəyannaməsi məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ və Zəngəzur üçün cox vacib sayılan Qars müqaviləsinin 100-cü il dönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Tarixi hadisələrin təkralanmasının və bənzər hadisələrin yenidən baş verməsinin şahidiyik. İndidə bölgə uğrunda Qərb ölkələri, Rusiya və İran kimi ölkələrin açıq mübarizəsi müşahidə olunmaqdadır. Qars müqaviləsindən fərqli olaraq hadisələr Azərbaycanın maraqlarına uyğun olaraq cərəyan edir.
Türkiyənin Azərbaycan münasibətlərinin tarixi kökləri çox dərindir. Ötən əsrin əvvələrinin tarixinə nəzər salsaq görərik ki, Türkiyə hökuməti hər zaman Azərbacanın yanında olub, ölkəmizin maraqlarına uyğun davranışlar edib, dövlətimizə olan sadiqliyini hər zaman nümayiş etdirib.
Şuşa Bəyannaməsi ilə rəsmi Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahədə müttəfiqliklərini rəsmi şəkildə elan etdilər. Bəyannamədə bir çox məsələr öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman demək olar ki, bütün sahələr əhatə olunur.
Bəyannamədə ən vacib maddələrdən biri də üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdit, təcavüz yaranacağı təqdirdə birgə məsləhətləşmələrin keçirilməsi, bir- birinə BMT Nizamnaməsinin məqsəd və prinsplərinə uyğun olaraq silahlı qüvvələrin, güc və komando strukturlarının razılaşdırılmış fəaliyyətini təmin etməkdir. Bu maddə ilə Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir.
Müqavilədə digər vacib məqamlardan biri iqtsadi-nəqliyyat məsələləri ilə bağlıdır. Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Belə ki, Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat- kommunikasiya əlaqlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, təşviq kimi aktual məsələləri yer alır. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin ( Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan- Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat – komunukasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Həmçinin Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı müddəalarda yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərini təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsaən beynəlxalq münasibətlərin inkişafı , yerli bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək.
Beləliklə Azərbaycan və Türkiyə 15 iyun 2021- ci ildə tarixi bir addım ataraq bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həmdə bölgədə neqativ maraqları olan dövlətlərə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiya nümuməsidir. Ən əsası bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.
Gəncə şəhər 32 nömrəli tam orta məktəbin tarix müəllimi Əhmədov Ramin