10.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” əlaqədar tədbirlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar  Samux rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədbirlər və aksiyalar keçirilib.

 

Ümumtəhsil məktəblərinin həyətyanı sahələrində şagirdlərdə ekoloji mədəniyyət, təbiətə, ətraf mühitə qayğı hissini aşılamaq məqsədilə aksiyalar həyata keçirilib.

 

Bundan başqa ətraf mühitə antropogen təsirlərin azaldılması, plastik tullantıların təbiətə və insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması istiqamətində şagirdlər tərəfindən müxtəlif ərazilər tullantılardan, xüsusi ilə plastik tullantılardan təmizlənmişdir.