Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə Mülki müdafiə planına uyğun maarifləndirici tədbir keçirilib.
Maarifləndirici tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov və Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, ümumtəhsil məktəbləriin direktorları, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbir müddətində fövqəlada hal baş verdikdə onun aradan qaldırılması istiqamətində fəaliyyətdən danışılıb. Təhsil ocağında reallaşan təlim zamanı şərti yanğın məkanından müəllimlər və şagirdlər təxliyə olunub. Xəsarət alanlara səhra tibb məntəqəsində ilkin yardım göstərilib. Eyni zamanda yanğınsöndürənlər alovu digər tikililərə keçmədən söndürüblər. Sonda məktəblilər nizami addımlarla keçid ediblər.
Maarifləndirici tədbirin keçirilməsində məqsəd təbii fəlakət zamanı davranış qaydalarına əməl etmək üçün hazırlıq vəziyyətinin yoxlanılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində vərdişlərin aşılanmasıdır.