Uşaq Səfirlər Məclisinin Gəncə üzrə region nümayəndələri ilə görüş keçirilib. "Milli-mənəvi dəyərlərimizdən gələcəyə baxış" mövzusunda keçirilən görüşdə Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Xalidə Mete, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri Nərgiz Həsənova, M.Mehdizadə adına 4 nömrəli məktəb-liseyin direktoru Əliağa Səfərəliyev və başqaları iştirak ediblər.
Millət vəkili Pərvin Kərimzadə Uşaq Səfirlər Məclisinin Gəncə üzrə region nümayəndələri və onlara dəstək üçün seçilən 21 fəal məktəblini salamlayaraq, onlara xoş arzularını çatdırıb. O qeyd edib ki, öz tolerantlığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu yaşatdığı ənənələrə bu gün də sadiqdir. Pərvin Kərimzadə Ümummilli Lider Heydər Əliyevin fikirlərini xatırladaraq, bildirib ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur duymalı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb. Şagirdlər milli-mənəvi dəyərlərimizin yaşadılması və təbliği ilə bağlı öz təkliflərini səsləndiriblər.