“Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların)  tәşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

2. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması (E.Əliyev) və Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə (V.Yaqublu) şöbələrinə və  De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılsın ki, ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin bu əmrlə təsdiq edilmiş Qaydaya uyğun təşkilinə nəzarət etsinlər və tədris ili bitdikdən sonra 1 (bir) ay ərzində hər tədris ili üçün dərsdənkənar məşğələlərin fəaliyyətinə dair icmallaşdırılmış məlumatı rəhbərliyə təqdim etsinlər.

 

3. İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

 

4. İctimaiyyətlə əlaqələr sektoruna (C.Valehov) tapşırılsın ki,  bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

5. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilsin.  

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
1 sentyabr 2022-ci il
F-529