13.06.2016

Gəncə məktəbliləri İnformatika Layihə Olimpiadasında qalib oldular

11 iyun 2016-cı il tarixdə Qafqaz Universitetində, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və İstək Liseyinin təşkilatçılığı ilə, Respublika IX İnformatika Layihə Olimpiadası "İdeyalar gerçəkliyə çevrilsin" adlı müsabiqənin təqdimat mərasimi keçirilib. Qısa film nominasiyası üzrə keçirilən müsabiqədə Respublika üzrə 8 məktəb finala vəsiqə qazanmışdır. Müsabiqəyə "Mənəviyyat ən böyük xəzinədir" başlıqlı qısa filmlə qatılan 27 №-li məktəb-liseyin şagirdləri II yerə layiq görülmüşlər. Qaliblər medal və hədiyyələrlə təltif olunublar.