Bu gün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.
2015-2016-cı tədris ilində Gəncə şəhərindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 2987, XI sinif üzrə 2726, IV sinfi 3908 şagird bitirib.
2016-2017-ci tədris ilində Gəncə şəhəri üzrə I sinfə 4584 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb.
“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, 2016-cı ildə respublikanın ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri keçirilib.
Son zəng ilə bağlı bütün Gənə şəhər məktəblərində də tədbirlər keçirilib. Tədbirlərdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunub.