16.06.2016

2015-2016-cı ilin yekunları və qarşıda duran vəzifələr mövzusunda iclas keçirildi

Gəncə Şəhər Təhsil İdarəsində 2015-2016-cı ilin yekunları və qarşıda duran vəzifələr mövzusunda iclas keçirildi. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov qeyd etdi ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində təhsil sahəsində müsbət göstəricilər əldə olunmuşdur. Nəzərdə tutulan hədəflərə çatmaq üçün görüləsi işlər də kifayət qədərdir. Qazanılan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər üzrə həyata leçiriləcək işlərin səmərəliliyinin artırılmasına xidmət edən tədbirlər haqqında fikirlərini bildirdi. 2015-2016-ci tədris ilində uğur qazanan şagirdlərə Təhsil Nazirliyinin və Gəncə şəhər Təhsil İdarəsinin diplomları və fəxri fərmanları təqdim edildi. Şagirdlərin müxtəlif müsabiqə və olimpiadalarda iştirakında, eləcə də qələbə göstəricilərində bu il 50% artıb alınıb. Belə ki, ötən il məktəblilərin  fənn olimpiadasında son turlara keçid alanların sayı 10, qələbələrin sayı 6 olduğu halda, bu il 22 zona iştirakçısından 10 şagird qələbəyə öz imzasını atıb.