19.07.2016

‪Azərbaycan üçün Öyrət‬ proqramının "Təhsil avtobusu" yay məktəbi Gəncədə təlimlərini başlatdı

Təhsil Avtobusu Gəncədə!
Azərbaycan üçün Öyrət proqramının "Təhsil avtobusu" yay məktəbi Gəncədə təlimlərini başlatdı. Yay məktəbi Gəncənin 5 məktəbindən akademik göstəriciləri aşağı olan şagirdləri əhatə etdi.
İlk öncə baş tutan açılış mərasimində çıxış edən Kapital Bankın Gəncə filialının müdiri Vüqar Paşayev qonaqları salamladı, layihəni xoş təşəbbüs adlandırdı, onun məktəblilərin yay tətilinin səmərəli keçirməsində oynadığı vacib roldan bəhs etdi, məktəblilərə gələcək sənət seçimlərində diqqətli olmağı tövsiyyə etdi və uğurlar arzuladılar. Daha sonra təlimlərə start verildi.
Şagirdlər "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmənəm!", "Səndən nə asılıdır?", "Sistemi qur!" adlı təlimlərdə və "Nə? Harada? Nə zaman?" intellektual oyununda iştirak etdilər. Təlimlərin iştirakçılarına sertifikat və hədiyyələr təqdim olundu.