Prezident İlham Əliyevin təhsil işçilərinə fəxri adların verilməsi haqqında imzaladığı sərəncama əsasən Gəncə şəhərinin bir müəllimi “Tərəqqi medalı” ilə təltif olunub, digəri isə “Əməkdar müəllim” adına layiq görülüb.
İsrafil Məmmədov adına 27 №li fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Aslan Zenfira Müzəffər qızı “Tərəqqi medalı” ilə təltif edilib. Zenfira Aslan 1994-cü ildə pedaqoji fəaliyyətə başlayıb. Ilk pedaqoji fəaliyyətə Göygöl rayon 2 saylı tam orta məktəbdən başlayıb.
1999-cu ildən Gəncə şəhər 44 nömrəli BMLK-da, 2010-ci ildən isə 27 nömrəli məktəb-liseydə fəaliyyət göstərir. 2010-cu ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri Fərman”la təltif olunub. Zenfira Aslan 2012-ci ildə Gəncə şəhər Təhsil İdarəsi tərəfindən, 2015-ci ildə isə Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən "Fəxri fərman" a layiq görülüb.
Gəncə şəhər M.M.Mehdizadə adına 4 №-li tam orta məktəbin iptidai sinif müəlliməsi Saidova Qahirə Said qızı “Əməkdar müəllim” adı alıb. Qahirə Saidova çalışdığı məktəbin məzunudur və 25 illik fəaliyyəti dövründə gərgin əməyinin ən şərəfli mükafatını qazanıb. 2015-ci ildə isə “Əməkdar müəllim” Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən "Qabaqcıl təhsil işçisi" fəxri adına layiq görülüb.