12.10.2016

Gəncədə “Avropa Gənclər Festival”ının açılış mərasimi keçirilib 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev, Millət Vəkilləri və başqa rəsmi qonaqlar iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə festival açıq elan olunub. Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çoxsaylı qonaqları salamlayıb, onları Avropanın gənclər paytaxtında görməkdən məmnunluğunu ifadə edib. Bildirilib ki, “Gəncə - 2016 Avropanın Gənclər Paytaxtı” layihəsi çərçivəsində bu vaxta qədər 250-dən çox beynəlxalq və yerli əhəmiyyətli tədbir həyata keçirilib. İlin sonuna qədər isə daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Məqsəd isə gənclərin dünyaya inteqrasiyasını və işgüzar, mədəni əlaqələrini genişləndirməkdir.

Prezident İlham Əliyevin “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbirlərlə əlaqədar xüsusi sərəncam imzaladığını diqqətə çatdıran icra başçısı təşkilati işlərlə bağlı ölkənin 9 nazirliyinin və 2 komitənin də bu işə cəlb olunduğunu deyib.
Tədbir çərçivəsində Rioda keçirilən XV-ci Yay Olimpiya və Paralimpiya oyunlarında fəxri kürsüyə yüksələn Gəncədən olan idmançıların mükafatlandırılması keçirilib.

Tədbir çərçivəsində Park-bulvarda olan yaradıcılıq və əl işləri sərgisinə baxış keçirilib və xarici qonaqlar Gəncəyə aid olan yeməklərdən dadıblar. Daha sonra fləşmob və atəşfəşanlıq keçirilib.


Açar sözlər: