12.10.2016

Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Fuad Qarayev Gəncə şəhər ümumtəhsil məktəblərinin məktəbə-hazırlıq qruplarında dərs deyəcək müəllim kollektivi ilə görüş keçirib

Gəncə şəhərində 2644 nəfər 5 yaşlı uşaq məktəbəqədər hazırlıq qruplarına cəlb edilib. Bu uşaqlar şəhərin 46 ümumtəhsil məktəblərində 129 qrupda həftədə 4 günlük məşğələlərə cəlb olunub.  Həmin qruplardan 111-i Azərbaycan , 18-i isə rus bölməsində fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün(12 saat) keçiriləcək. Bu qruplara  bir gün ərzində 3 məşğələ tədris olunacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri tədris ediləcək. Hazırlıq qruplarında uşaqların sayı 20-24 nəfər arası nəzərdə tutulub. 

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək və məşğələlər mayın 31-də başa çatacaq.