13.10.2016

Kurikulum təlimlərində iştirak edən müəllimlər üçün yekun qiymətləndirmə imtahanı keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşakar İnkişafı İnstitunun 24 iyul 2016-cı il tarixli, 578 №-li əmrinə əsasən müxtəlif fənn müəllimləri kurikulum təlimlərində iştirak etmişdilər.

11 oktyabr 2016-cı il tarixdə Gənə şəhər M.Fizuli adına  22 nömrəli tam orat məktəbdə  kursdan keçmiş müəllimlərin “Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşakar İnkişafı İnstitunun” əməkdaşları tərəfindən yekun qiymətləndirmə imtahanı keçirilib.

İmtahanda 7 bölgədən ( Gəncə, Göy-göl, Goranboy, Gədəbəy, Samux, Daşkəsən, Naftalan )  498 nəfər müəllim iştirak etdi. İmtahanda Gəncə şəhərinin ümumtəhsil məktəblərindən 183 müəllim iştirak edib. TİPİİ tərəfindən keçirilən yekun qiymətləndirmə imtahanında müəllimlərə kurikulum üzrə 30 sual təqdim olunub. Təqdim olunmuş suallardan düzgün cavablandırılmış sualların sayı yekun bal olaraq qiymətləndiriləcək. İmtahanı uğurla keçmiş müəllimlər sertifikatla təmin olunacaq.