Dini radikalizm və ekstremizmin qurbanına çevrilmişlər, eləcə də bu risk altında olanlara yardım məqsədilə dini radikallıq və ekstremizmin mənfi təzahürlərinin təbliği layihəsinə start verilib. İki aydır başlanan kompaniya Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə dəstək şurasının dəstəyilə Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən aparılır. Hazırki məkan Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb və C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdir. Daha sonra "Ekstremizmə yox de!" başlığı altında işlərin Quba, Mingəçevir, Bakı və Sumqayıt şəhərlərinin uşaq tərbiyələri müəssisələrində aparılacaq. İlkin mərhələ tolerantlıq nümunələri, multikulturalizm tarixi və ekstremizmin mənfi təsirləri kimi maarifləndirmə xarakteri daşıyır. Sonrakı etapda eksterimizmin qurbanına çevrilənlər, eləcə də bu risk altına düşənlər, onların ailə üzvlərinə müəyyən psixoyardım və dəstəklər göstəriləcək.