Gəncə şəhərində baş tutmuş "Gənclik və dövlət müstəqilliyi" konfransının əsas məqsədi, ölkənin 25 illik müstəqil həyatı çərçivəsində dövlət gənclər siyasəti sahəsində, dövlət idman siyasəti sahəsində, eyni zamanda ümumiyyətlə ölkənin inkişafı sahəsində görülmüş işlərlə bağlı gənclərlə fikir mübadiləsi aparmaq, gənclərin fikirlərini dinləmək və gələcəkdə bu gənclər dövlət gənclər siyasətindən nə gözləyir sualına cavab tapmaqdan ibarət idi.
"18 oktyabr - Dövlət Müstəqilliyi Günü" münasibəti lə keçirilən konfransda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Gənclər "Müasir Azərbaycanda gənclərin könüllülük hərəkatı", "Multikultural dəyərlər və müasir Azərbaycan gəncliyi", "Təhsil müəssisələrində müstəqil dövlətçilik ənənələrinin təbliği" kimi məsələləri müzakirə ediblər. Gəncənin "2016-cı il üçün Avropa Gənclər Paytaxtı" seçilməsi və bu titulun gənclər üçün hansı imkanlar açdığı da, gündəlikdə olan məsələlərdən olub.
Çıxışlar zamanı müstəqilliyin həmyaşıdları, ölkənin inkişafında gəncliyin roluna xüsusi diqqət çəkiblər. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında hər bir fərdin və ümumilikdə gənclər təşkilatlarının rolundan da danışılıb.