04.11.2016

1-ci sinif şagirdi 1 günlük direktor olub

Hər il ölkəmizdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. “Uşaq hüquqları aylığı” çərçivəsində Gəncə şəhər 3 saylı tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilir. Uşaqlar üçün dəyirmi masalar, treninq-seminarlar, maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da onların hüquqlarının effektiv təmin edilməsinə və təbliğinə xidmət edir.

“Uşaq Hüquqları aylığı” çərçivəsində məktəbin direktoru Vüsalə Səfərovanın təklifi ilə maraqlı layihə həyata keçirilib, məktəbin direktoru 1 günlük dəyişdirilib. Ağıllı fikirləri, iti təfəkkürü ilə yaşıdlarından seçilən  1-ci sinif şagirdi Uğur Qəribli bir günlük  “direktor” vəzifəsini icra edib.Gün ərzində toplantılar keçirən və müxtəlif qərarlar qəbul edən Uğur öz vəzifəsini layiqincə yerinə yetirib. Balaca məktəb direktoru günün sonunda yaşıdlarını maraqlandıran təkliflərlərlə çıxış edib:- tənəffüslərdə uşaqlar üçün idman saatı təşkil etmək daha yaxşı olardı. Uğur onu da vurğulayıb ki, mənim səlahiyyətim olsaydı məktəbin həyətində karusel quraşdırardım.


Açar sözlər: