04.11.2016

Gəncə şahmat məktəbinin zona yarışlarının qalibləri müəyyən edildi

14 şəhər və rayonun 119 şahmatçısının iştirak etdiyi "Təhsil" RİM-nin şahmat üzrə Respublika birinciliyinin zona yarışları (IV zona-Gəncə) başa çatdı. 7, 9, 11, 13, 15 və 17 yaşadək oğlanlar və qızlar arasında ilk 3 yeri tutmuş məktəbli şahmatçılar noyabr ayında keçiriləcək yarışların final mərhələsinə vəsiqə qazandılar. Qaliblərə "Təhsil" Respublika İdman Mərkəzinin Diplomları təqdim edildi.


Açar sözlər: ,