07.11.2016

Uşaq Evinin sakinləri ilə əyləncəli görüş

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Tələbə Həmkarlar İttifaqının dəstəyi ilə bir qrup tələbə Gəncə Uşaq Evinin sakinləri ilə görüş keçirib. Bu dəfəki görüş əvvəlkilərdən fərqli olub. Tələbələr balacalarla Uşaq Evində deyil, istirahət və ticarət mərkəzi AURA Parkın atraksionlarla zəngin olan 5-ci mərtəbəsində olub.

Gün ərzində əyləncə dolu anlar yaşayan valideyn himayəsindən məhrum fidan balalar tələbələrin hazırladığı əyləncəli proqramın hər birində həvəslə iştirak edib, vaxtlarını şən keçiriblər. Müxtəlif attraksionlardan istifadə etdikdən sonra uşaqların musiqi sədaları altında tələbələrlə rəqsi istirahət proqramını əsl bayrama çevirib.


Açar sözlər: