Gəncə Debat Mərkəzi Gəncə “İstək” liseyində “Debat Təhsil Programı”nın təqdimatını keçirib.
Tədbiri giriş sözü ilə açan liseyin sosial işlər üzrə koordinatoru Zamin Kazımov “İstək” liseyinin fəaliyyəti və şagirdlərin qazandığı nailiyyətlər haqqında qonaqlara məlumat verib.
Gəncə Regional Debat Mərkəzinin sədri Eltac Quliyev Debatın tarixi, Azərbaycanda təsis olunması , Milli Debat Proqramı, Debat medotologiyası haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Debat insana araşdırma, auditoriya qarşısında sərbəst çıxışetmə, məntiqi təfəkkürü inkişaf etdirmə, fikri düzgün çatdırma, inandırma və təqdimetmə bacarıqlarını qazandırır.
“Debat Təhsil Programı” vasitəsilə gənclərə debat üslubu, sosial aktivlik, bilik, bacarıq və digər dəyərlər aşılanılıb. Şagirdlərin Debatla bağlı ilkin təsəvvürlərin formalaşması, müzakirə və mühakimə qabiliyyətlərinin artırılması məqsədi ilə təlim keçirilib.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb.