Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. Gəncə şəhər ümumtəhsil məktəblərinin müəllim və şagirdləri "Müəllim" istiqaməti üzrə 288, "Şagird" istiqaməti üzrə 87, "Məktəb" istiqaməti üzrə isə 3 resursla müsabiqədə iştirak ediblər.