10.11.2016

Dövlət Bayrağı Gününə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Gəncə Şahmat Məktəbində 9 Noyabr Bayraq Gününə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında sürətli şahmat turniri keçirilib. Turnirdə  177 yeniyetmə şahmatçı iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra Məktəbin direktoru Asif Həsənov Bayraq Günü münasibətilə iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Turnir çox əzmkar və gərgin mübarizə şəraitində keçib.

Sonda qalib gələn yeniyetmələrə idarə tərəfindən mükafatlar təqdim olunub.

Turnirin keçirilməsində əsas məqsəd yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, şahmat oyununa yeniyetmələrin marağının artırılmasına, perspektivli şahmatçıların üzə çıxarılmasına və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunmasına nail olmaqdır.