Gəncədə sentyabrın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncə 2016-Ekoloji Etikanın Təbliği” layihəsi həyata keçirilir. Layihə tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, onların ekoloji biliklərinin artırılmasına xidmət edir. 10-12 noyabr tarixlərində təşkil olunan təlimlər əsasında könüllülərə ekologiya, yenidən istifadə, tullantıların çeşidlənməsi və ekoloji etikanın yaradılmasıda gənclərin rolu haqqında ətraflı məlumat verilib. Layihə çərçivəsində bukletlər paylanacaq, təbiətin qorunmasına, çiçəklənməsinə dəstək olmaq üçün Göygöl Milli Parkına eko tur təşkil ediləcək.