11.11.2016

Balacaların Bayraq Günü təntənəsi

32 nömrəli tam orta məktəbdə ibtidai sinifin şagirdləri 9 Noyabr – Bayraq Günü münasibəti ilə təntənəli tədbir keçiriblər.

Tədbirdə Prezident cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamının əhəmiyyətindən bəhs edilib, şagirdlərə bu günün tarixi barədə ətraflı məlumat verilib.

Balacalar Bayraq Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib, Azərbaycan bayrağına, vətənpərvərliyə aid şeirlər, mahnılar səsləndiriblər.