14.11.2016

Gəncə məktəblilərinin səfəri cənub bölgəsinədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya layihəsi çərçivəsində Gəncə məktəbliləri  səhər saatlarında ölkənin cənub bölgəsinə yola düşüblər. Onları Heydər Əliyev Park-kompleksində “Zəfər Tağı” qarşısında şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, rəsmi nümayəndələr,  şəhər Təhsil İdarəsinin əməkdaşları və valideynlər yola salıblar.

Şəhərin  müxtəlif orta ümumtəhsil məktəblərindən olan 38 şagird payız tətili ərəfəsində Lənkəran, Lerik və Astarada olacaq, bölgənin tarixi abidələri, istehsal müəssisələri ilə tanış olacaq, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Tur-aksiya şagirdlərə ölkə barədə ərtaflı məlumat qazandırmaqla yanaşı, məktəblilər arasında əlaqələrin qurulmasına, onların vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsinə, dünyagörüşünün formalaşdırılmasına, tədrisdə əldə etdikləri  nəzəri biliklərin möhkəmləndirilməsinə müsbət təsir edəcək.


Açar sözlər: ,