Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Sumqayıt, Qaradağ, Xəzər, Pirallahı, Qubadlı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan 470 iştirakçı ağacəkmə aksiyasına qatılıb. IX-XI sinif şagirdləri parkın ərazisində çalalar qazaraq şam ağacları əkiblər. Ağacların dibləri bərkidilərək suvarılıb.
Qubadlı məktəblisi Fatimə Rəhimova və Lerik məktəblisi Şərif Mirzyev bildiriblər ki, Gəncənin füsunkar təbiəti və tarixi abidələri onlarda zəngin təəssürat doğurub. məktəblilər qədim və müasir Gəncə şəhərini heyranlıqla seyr etdiklərini bildirərək xoş təəssüratlarla Nizami yurdundan ayrılıblar.
Qeyd edək ki, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçıları Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektləri ilə tanış olublar.