15.11.2016

"Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Gəncədə 9-11 sinif şagirdləri arasında intellektual oyun keçirilib

Respublikanın 10 müxtəlif bölgəsindən olan 59 komanda "Ölkəmizi tanıyaq" 6-cı maarifləndirici tur aksiyası çərçivəsində Gəncədə "Nə? Harada? Nə zaman?" intellektual oyununda biliyini sınayıb. Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil edilən yarış 9-11 sinif şagirdləri arasında keçirilib. Hər komandada 6 məktəbli mübarizə aparıb və onlara 24 sual verilib. Dünyagörüşü, eləcə də tarixdə baş verən maraqlı hadisələrlə bağlı hər sualın cavabına 1 dəqiqə vaxt ayrılıb. İntellektual oyun Gəncə ilə yanaşı, eyni vaxtda Qəbələ, Quba və Lənkəranda da təşkil edilib. Yarışda qalib gələn üç komanda kubok, medal və sertifikatlarla mükafatlandırılıb. Gəncədə daha bir intellektual oyun noyabrın 19-da keçiriləcək.


Açar sözlər: ,