17.11.2016

Gəncə məktəbliləri cənub bölgəsindən qayıdıblar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Lənkəran-Lerik-Astara marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən gəncəli məktəblilər Nizami Yurduna qayıdıblar. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, təhsil işçiləri və valideynlər tur-aksiya iştirakçılarını “Zəfər Tağı” qarşısında qarşıladılar.

Tur-aksiya iştirakçıları Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının rəqs nömrələri ilə qarşılanıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva aksiya iştirakçılarını salamlayıb, ölkəmizdə gənc nəslin inkişafına göstərilən dövlət qayğısından, eləcə də dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, dörd günlük səfər zamanı Lənkəran, Lerik, və Astara maddi-mədəni abidələrinə keçirdikləri ekskursiyaediblər. Bu müddət ərzində Gəncə məktəbliləri ümummilli liderin zəngin və mənalı ömür yolunu əks etdirən Heydər Əliyev Mərkəzlərində, Lerikdə “Relax” turizm və istirahət mərkəzində, ən qədim yaşayış məskəni kimi tarixə düşən Büzeyir mağarasında, XI-XII əsrin yadigarı Babagil abidəsində, XII əsrə aid Sabir Türbəsində və başqa yerlərdə olublar.

Tur-aksiyanı Astarada davam etdirən məktəblilər rayonla tanışlığa “Astaraçay” MMC-nin fabrikindən başlayıblar. Onlar burada çayın emalı prosesini izləyiblər.Məktəblilər həmçinin Astara tarix-diyarşünaslıq muzeyində eksponatlara baxıblar. Astara rayonunun Ərçivan qəsəbəsində “Yanar bulaq”la tanışlıq şagirdlərdə böyük maraq oyadıb.

Məktəblilərə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Açar sözlər: ,