17.11.2016

Gəncə şəhər şahmat birinciliyinə start verildi

Bu gün 8-10-12-14-16 yaşadək oğlanlar və qızlar arasında Gəncə şəhər şahmat birinciliyinə start verildi. Birincilikdə ümumilikdə 319 (üç yüz ondoqquz) yeniyetmə şahmatçı mükafata layiq yerlər uğrunda mübarizə apardı. Onlardan 245-i oğlanların, 74-ü isə qızların qrupunda iştirak etdilər. 20 noyabrda yekunlaşacaq yarışlarda İlk 3 yeri tutan şahmatçılar diplom və medalla təltif olunacaqlar. Hər yaş qrupu üzrə qaliblər 2017-ci ilin Yanvar ayında keçiriləcək Yeniyetmələr arasında Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ qazanacaqdır.


Açar sözlər: ,