17.11.2016

Gəncə və Gürcüstan cüdoçuları arasında yoldaşlıq görüşləri keçirilib

TRİM-in Gəncə filialının yeniyetmə cüdoçuları ilə Gürcüstan idmançıları arasında yoldaşlıq görüşləri keçirilib.12 çəki dərəcəsində 24 cüdoçunun mübarizə apardığı yoldaşlıq görüşlərində 2000-2002-ci il təvəllüdlü idmançılar qüvvəsini sınayıb. Cüdoçulara dəstək olmaq üçün rəsmi hissəyə Rio Paralimpiya oyunlarının qalibi Ramil Qasımov da qatılıb.

TRİM-in Gəncə filialının direktoru İntiqam Hüseynov bildirib yarışın məqsədi şəhərlər arasında idmançıların dostluq əlaqələrini gücləndirməkdir. Eyni zamanda olimpiadada Gürcüstandan cüdoçu olimpiya çempionu olmuşdu. Həmin idmançının məşqçisi də bu yarışa öz komandasını gətirib. İntiqam Hüseynov xatırladıb ki, Gəncədə bu idman növü üzrə ilk dəfə keçirilən yoldaşlıq görüşünə Gürcüstanın Qori və Qardabani şəhərlərinin birləşmiş komandası gəlib.

Qeyd edək ki, Gəncə şəhəri ilə Gürcüstandan olan idmançılar arasında əlaqələr yüksələn templə inkişaf etməkdədir. Belə ki, bundan öncə təhsil idmançıları ilə Qori təmsilçiləri arasında basketbol və boks növləri üzrə yarışlar təşkil edilib. Noyabrın 17-də gürcüstanlı dəri əlcək ustaları növbəti dəfə sparinq döyüşləri üçün Gəncədə qonaq olacaqlar.


Açar sözlər: