17.11.2016

Məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçiriləcək

Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli 27 nömrəli qərarının icrasını təmin etmək məqsədilə 05-15 sentyabr tarixlərində Təhsil işçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təlim kursları keçirildi. Gəncə şəhər 32 №-li tam orta məktəbdə təşkil olunmuş təlim kurslarında Gəncə şəhər ümumtəhsil məktəblərindən 125 nəfər müəllim iştirak etmişdir.

19 noyabr 2016-cı il tarixdə M.Füzuli adına 22 №-li tam orta məktəbdə təlim kurslarında iştirak etmiş müəllimlər üçün yekun qiymətləndirmə imtahanı keçiriləcək. Bu imtahanda Gəncə müəllimləri ilə yanaşı Goranboy, Naftalan və Göygöl rayonlarının müəllimləri də iştirak edəcək. İmtahanda ümumilikdə 250 nəfər müəllim iştirak edəcək.

 


Açar sözlər: ,