17.11.2016

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr olunan müsabiqə keçirilib

Gəncədə Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr olunan ümumtəhsil məktəbləri arasında incəsənət baxış müsabiqəsi keçirilib. Müsabiqə 4 nominasiyada, Nizami Gəncəvi və ədəbiyyat, Nizami Gəncəvi və musiqi, Xəmsə təsviri sənət və Xəmsə dekorativ tətbiqi sənət üzrə təşkil olunub. Məqsəd dahi mütəfəkkirin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri əsasında gənc nəsili tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaqdır. Bakı və Gəncədə təşkil olunan müsabiqəyə respublikanın tanınmış elm adamları və incəsənət xadimləri münsiflik edir. 3 gün davam edəcək müsabiqənin qalibləri dekabrda paytaxta keçiriləcək final mərhələsində iştirak hüququ əldə edəcək.

Oktyabr ayının 22, 23, 24 Bakı şəhərində keçirdik. 80 məktəb, 16 gimnaziya-lesey, 3 internat məktəbi və 3 yaradıcılıq mərkəzinə baxış keçirdik. Bu gün isə Gəncə şəhərində keçiririk müsabiqəni. 37-ə yaxın müəssisə bizə müraciyət edib, və gördüyünüz kimi baxış keçiririk. Bakı şəhəri üzrə öz qalibləri, Gəncə üzrə öz qalibləri. Dekabrın 20 muğam mərkəzində böyük bir tədbir olacaq, bütün qaliblər səhnəyə çıxacaq və nümayiş olunacaq. 


Açar sözlər: ,