"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin I Respublika Ekoloji Müsabiqəsinin final mərhələsi
Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ekspert dəstəyi ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda 17-18 noyabr 2016-cı il tarixlərində “Bakı Biznes Mərkəzində” yekun müsabiqəsi keçirildi.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd regionlar üzrə aqrar və Azərbaycanın aqrobiomüxtəlifliyi sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların istifadəsi, bərpası və mühafizəsi, torpağın münbitliyinin qorunması üsullarının öyrənilməsidir.
Ölkəmizdə kənd təsərrüfatı sahəsində gənclərin fəal iştirakının təmin edilməsi və “yaşıl fermer” anlayışının aşılanması, xüsusi bilik, bacarıq və səriştəyə malik olan şagirdlərin kənd təsərrüfatı sahəsində ixtisas seçiminin və peşə yönümünün istiqamətləndirilməsi müsabiqənin əsas vəzifəsidir.
Respublika tədbirində 9 nominasiya “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə 1500 iştirakçıdan 91 məktəbli yekun mərhələsində iştirak etdi.
Final mərhələsində Dağlıq Şirvan zonası üzrə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu şəhəri, Gəncə-Qazax zonası üzrə Gəncə, Göygöl, Goranboy, Tovuz, Qazax rayon, Aran zonası üzrə Göyçay şəhər, Salyan, Ağdam rayon, Hacıqabul rayon, Ucar, Yevlax, Bərdə rayonu, Lənkaran-Astara zonası üzrə Lənkəran şəhər, Şəki-Zaqatala zonası üzrə Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonu, Bakı-Abşeron zonası üzrə Bakı və Sumqayıt, Xaçmaz zonası Xaçmaz rayonlarından final mərhələsinə vəsiqə qazanmış ümumtəhsil orta məktəbləri iştirak etdilər.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinin iştirakçıları 17 noyabr 2016-cı il tarixdə Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi ilə tanış oldular.
Sonra münsiflər heyəti sərgidə nümayiş olunan ekoloji təmiz məhsullarına baxış keçrildi.