Gəncə şəhər 3 saylı tam orta məktəbin şagirdləri Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyində, böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Məqbərəsində ekskursiyada olublar.
Muzeydə şagirdlər Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlar, dekorativ tətbiqi sənətkarlıq nümunələri, misgərlik, dəmirçilik, dulsuçuluq, xalçaçılıq məmulatları, silahlar, döyüş vasitələri, məişət əşyaları, milli geyimlərə baxış keçirib, məlumat əldə ediblər.
Sonra məqbərəyə gələn şagirdlər kompleksdə və onun ətrafında yaradılan şəraitlə tanış olub, xatirə şəkili çəkdiriblər.